Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “İnsan alverinə yox deyirik!” mövzusunda tədbir keçirilib

05.02.2024

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “İnsan alverinə yox deyirik!” mövzusunda tədbir keçirilib.

Cəlilabad Dövlət Rəsm Qalerayasının, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda insan alverinin yaratdığı fəsadlardan söhbət açılıb və bu sahədə dövlət tərəfindən atılan addımlardan bəhs edilib.

Yekunda tədbir iştirakçıları mövzu ilə bağlı nümayiş olunan filmi izləyiblər.