Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Füzuli-530

08.02.2024

Fevralın 8-də dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar Astara Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Astara rayon Mərkəzi Kitabxanasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Astara rayon Z.Əhmədzadə adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru açaraq Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verib və dahi şair haqqında sənədli flim nümayiş olunub.

Sonra mərkəzin baş fond mühafizi Elza Kaımova mövzu ilə bağlı məruzə edib.

Tədbir müəssisə rəhbərlərinin və şagirdlərin mövzu ətrafında çıxışları ilə davam edib.

Yekunda şairin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib.