Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli müstəqilliyimizin ideoloqu

05.02.2024

Fevralın 5-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə İ.Zülalov adına şəhər 5 saylı tam orta məktəbində “Milli müstəqilliyimizin ideoloqu” adlı tarix dərsi keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətin  ilk banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunan tarix dərsində məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə vətənin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Muzeyin elmi işçisi Nazənin Heydərzadə M. Ə.Rəsulzadənin ictimai–siyasi, elmi fəaliyyətindən məruzə edərək onun XX əsrin ilk onilliklərində Azərbaycanda milli kimliyin formalaşmasında, ölkənin istiqlaliyyətində, cəmiyyətin maarifləndirilməsində, ictimai-siyasi həyatında mühüm rol oynadığı bildirib.

Sonra şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb.