Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rüstəm İbrahimbəyov-85

05.02.2024

Masallı rayon Mərkəzi Kitabxanasında müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirilib.

İlk olaraq ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır.   

Sonra mövzu ilə bağlı məruzə edən kitabxananın digər əməkdaşı Həbibə Hüseynova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.