Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gələcək naminə narkomaniya və erkən nikaha yox deyək

05.02.2024

Lerik rayon İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayon üzrə təhsil sektoru, Lerik Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda narkomaniya və erkən nikahların fəsadlarından söhbət açılıb. Bu halların qarşısının alınmasında maariflənmənin əhəmiyyəti vurğulanıb.