Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır

05.02.2024

Fevralın 5-də Astara rayon Heydər Əliyev Mərkəzinində görkəmli bəstəkar Qara Qarayevin 106 illiyinə həsr olunmuş  “Qara Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər O.Kazimi adına Uşaq Musiqi Məktəbinin və Astara rayon Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin kollektivləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə bəstəkarın həyatı və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən söhbət açıb. Qara Qarayevin bəstəkar və müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verdiyi xüsusi vurğulanıb.

Daha sonra mövzu ətrafında Astara şəhər O.Kazimi adına Uşaq musiqi məktəbinin direktor əvəzi Leyla İsgəndərova və məktəbin müəllimi İlahə Qasımova cıxış edib.

Yekunda  şagirdlərin sualları cavablandırılıb.