Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nə?, Harada?, Nə zaman?  

02.02.2024

Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı  ilə 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunan Nə?, Harada?, Nə zaman?  Intellektual bilik yarış keçirilib.

Şagirdlərin iştirakı ilə keçirilən yarışda müxtəlif kateqoriyalı 18 sual təqdim olunub.  "Çıraq", "Şuşa" və  "Zəfər" komandaları arasında gedən maraqlı mübarizənin yekununda "Çıraq " komandası 42 xalla I yerə layiq görülüb.

Yekunda iştirakçı komandalar diplomlarla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində  əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin onların komanda ilə işləmək   bacarıqlarının nümayiş etdirməsidir.