Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral-Azərbaycan Gəncləri Günüdür

02.02.2024

Fevralın 2-də Masallı rayon Mərkəzi Kitabxanasında  2 Fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva tədbirdə iştirak edən hər kəsi salamlayaraq, gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edərərək bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra məruzə ilə çıxış edən kitabxxananın digər əməkdaşları Ağahüseyn Hüseyni və Gülər Kərimova diqqətə çatdırıblar ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Qeyd olunub ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təmin olunması,gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.

Çıxışlardan sonra kitabxananın digər əməkdaşı Nahidə Fərəcova bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.