Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənpərvər Azərbaycan Gəncləri

01.02.2024

Fevralın 1-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 fevral Gənclər günü ilə əlaqədar “Vətənpərvər Azərbaycan Gəncləri” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi, Cəlilabad rayon gənclər və idman sektorunun müdiri və əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, ADPU Cəlilabad filialının və Cəlilabad Tibb Kollecinin tələbələri iştirak edib. 

Tədbirdə çıxış edənlər qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı və varisi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı onların inkişafına daha da təkan verir. 

Bu gün böyük qürur hissi ilə qeyd etmək olar ki, ölkəmizin parlaq gələcəyi olan gənclər cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək onlara göstərilən etimadi əməli işləri ilə doğruldaraq, Respublikamızın inkişafı naminə səylə çalışırlar. 

Artıq Azərbaycan gəncləri qalib dövlətin Qalib vətəndaşlarıdır. Digər çıxış edən natiqlər cəmiyyətimizin aparıcı qüvvəsi olan gəncləri “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik ediblər və müstəqil dövlətimizin tərəqqisi yolunda onlara uğurlar arzulayıblar. 

Yekunda rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup gənc Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamələr” ilə təltif olunub.