Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclik-parlaq gələcəyimizdir

01.02.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında 2 fevral Gənclər gününə həsr olunmuş "Gənclik-parlaq gələcəyimizdir" adlı tədbir keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə kitabxananın direktor vəzifəsini əvəz edən Arzuyə Rufullayeva açaraq bildirib ki, Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

A. Rufullayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Respublikamızın Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Sonra Xidmət Şöbəsinin müdiri Xədicə Məmmədova, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi, ictmai fəal, gənc Allahverən Pərvizoğlu çıxış edərək 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. 

Tədbirin bədii hissəsi gənc ifaçılar Allahverən Pərvizoğlu və Zərda Dadaşovanın ifaları ilə davam edib. 

Yekunda keçirilən tədbirlərdə fəal iştirakına görə və 2 Fevral Gənclər Günü münasibətilə bir qrup gənclərə “Fəxri Fərman”lar təqdim olunub.