Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əli Tudə-100

31.01.2024

Yanvarın 31-də Masallı rayon Mərkəzi Kitabxanasında tanınmış şair, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100  illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş söz ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva şairin həyat və yaradıcılığı barədə söhbət açıb. O, bildirib ki, Əli Tudə Cənubi Azərbaycanın Ərdəbil bölgəsində dünyaya göz açıb. O həyatı boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayıb.

Sonra məruzə ilə çxış edən  kitabxananın əməkdaşı Gülər Kərimova  qeyd edib ki, o Azərbaycan ədəbiyyatında özünə məxsus dəsti-xətti ilə seçilən Ə. Tudə  yaradıcılığında azadlıq duyğularını nəzmə çəkib, əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub. Onun qiymətli yaradıcılığı Azərbaycan folklorundan süzülüb gələn atalar sözləri və xalq məsəlləri ilə zəngindir. Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verən şair əsərləri ilə xalqın sevimlisinə çevrilib.