Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

31.01.2024

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “ Can Azərbaycan !” adlı ədəbi bədii kompozisiya təşkil olunub

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına uyğun olaraq mədəniyyət müəssisələrində keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti haqqında video-rolik nümayiş edilib və bədii qraət ustalarının ifasında mövzuya aid şeirlər səsləndirilib.