Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

30.01.2024

Astara Tarix-Diyarşünaslıq muzeyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon Şahin Əliyev adına Rüdəkanar kənd orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Muzeyin direktoru vəzifəsini icra edən Şahin Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki,  Azərbaycan Respublikasının Prizindenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin  vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir.

Sonra muzeyin  kiçik elmi işçisi Çiçək Axundova mövzu ilə bağlı məruzə edib.  

Yekunda şagirdlər muzeyin əməkdaşı İlahə Mirzəyevanın əl işlərindən ibarət sərgi ilə tanış olublar.