Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İstiqlal mücadiləmizin parlaq siması - Məhəmməd Əmin Rəsulzadə

26.01.2024

26 yanvar tarixində  Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Leytenant Arif Nuriyev adına şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin  birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında" sərəncamına əsasən  "İstiqlal mücadiləmizin parlaq siması - Məhəmməd Əmin Rəsulzadə" mövzusunda tədbir keçirilib.


Tədbirdə  məktəbin direktoru Gültəkin Şıxəliyeva, mərkəzin əməkdaşları Bahar Mürsəliyeva, Nəzri Səmədzadə və şagirdlər iştirak ediblər.


Məktəbin direktoru Gültəkin Şıxəliyeva çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbirin gənclər arasında maarifləndirmə işinə töhvə verəcəyini bildirib.


Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva çıxış edərək xalqımızın müstəqillik ideyalarının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.


Daha sonra Məhəmməd Əmin Rəsulzadə  barədə qısametrajlı film nümayiş etdirilib.


Tədbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılara M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini özündə əks etdilən kitab haqqında məlumat verilib