Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək!

26.01.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "Narkomaniyaya yox deyək!"mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin psixoloqu Elsurə Nəzirova , VII və IX sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən,dilindən,irqindən,sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükədir.

Azərbaycanda narkomaniya ilə mübarizə məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb,bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı,narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi vurğulanıb.

Sonra məktəbin psixoloqu Elsura Nəzirova və Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova mövzu ətrafında çıxış ediblər.