Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər qürur yerimizdir

23.01.2024

Yanvarın 23-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Hikmət Muradovun anadan olmasının 55-ci ildönümünə həsr olunmuş “Şəhidlər qürur yerimizdir” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, l Qarabağ müharibəsində Azərbaycanın torpaqlarının düşmən təcavüzündən qorunması naminə Vətənimizin minlərlə mərd və cəsur övladları böyük qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Torpaqlarımızın qorunmasında böyük fədakarcasına iştirak edən igid oğullarımızdan biri də pilot Hikmət Muradov olmuşdur. 

Sonra çıxış edən  kitabxananın digər əməkdaşı Rəşad İsmayılov Milli Qəhrəman Hikmət Muradovun həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına məumat verib. Bildirib ki, H. Muradov 23 yanvar 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1976-cı ildə 190 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1986-cı ildə 10-cu sinfi əla qiymətlərlə bitirmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa uçuşlar etmiş, Xocalıya aviasiya hissələrinin daşınmasında böyük xidmətlər göstərmişdir. Qorxmaz təyyarəçi çətin vəziyyətlərdə təmkini və qətiyyəti ilə seçilirdi. Onun idarə etdiyi AN-2 təyyarəsi döyüş tapşırığını yerinə yetirərkən 1991-ci ilin oktyabrın 29-da Xocalı rayonunun Xanabad kəndi ərazində raket atəşi nəticəsində zədələnir. Lakin ekipajı və sərnişinləri xilas etmək üçün təyyarəni təhlükəsiz yerə çatrdırmaq mümkün olmur. Subay idi. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci tarixli 337 saylı Fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.