Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan tədbir keçirilib

23.01.2024

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Astara rayon Heydər Əliyev Mərkəzində  tədbir keçirilib.


Tədbirdə mərkəzin əməkdaşları və Astara şəhər 5 saylı tam orta məktəbin şagirdləri iştirak edib.


Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.


Sonra “Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə” adlı film nümayiş olunub.


Çıxışlarda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.


Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondunda  saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxış keçiriblər.