Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Təmiz ətraf mühit, sağlam gələcək” mövzusunda inşa müsabiqəsi keçirilib     

23.01.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “23 Yanvar-Əl yazısı günü”, Azərbaycanın Respubilkasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda  2024- cü il  “Yaşıl dünya naminə həmrəylik ili”  elan edilməsi ilə əlaqədar “Təmiz ətraf mühit, sağlam gələcək” mövzusunda inşa müsabiqəsi keçirilib.

Müsabiqədə Astara şəhər M.Ə.Sabir adına 1 və 5 saylı tam orta məktəblərinin V sinifləri iştirak edib.

Müsabiqənin nəticələrinə görə Zibər Abdullazdə I, Nuray Səfərli II yerə layiq görülüb.

Yekunda qaliblərə “Fəxri Fərman” və hədiyyələr təqdim olunub.

 

.