Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

22.01.2024

 Masallı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında Nağıl saatı keçirilib.  

Uşaq şöbəsinin müdiri Günəş Ağayevanın oxuduğu “Şah və xoruz” adlı Azərbaycan xalq nağılı uşaqlarda böyük maraq yaradıb.

Qeyd edək ki, bu qəbildən olan tədbirlərin təşkil olunmasının məqsədi azyaşlı uşaqlarda mütaliyəyə maraq oyatmaq və dünyagörüşünün formalaşmasına xidmət etməkdir.

Yekunda balaca oxucuların nağıl personajları haqqında suallarına ətraflı cavab verilib.