Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacı İsmayılov-80

22.01.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli aktyor, Xalq artisti Hacı İsmayılovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, milli teatr və kino səhnəsində maraqlı və yaddaqalan obrazlarla tamaşaçıların hədsiz sevgisini qazanan Hacı İsmayılov realist aktyor məktəbində özünü təsdiq etmiş sənətkarlarlardan biridir.

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Mərdan İsgəndərov vurğulayıb ki, Hacı İsmayılov kino sahəsində çalışmazdan öncə Sumqayıt və İrəvan teatrında müxəlif rollar ifa edib.1970 –ci ildən Akademik Milli Dram Teatrında səhnə fəaliyyətini davam etdirib. Azərbaycan kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib və 22 aprel 1989-cu ildə Dövlət Mükafatı Laureatı adına layiq görülüb.2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Kino və teatrın inkişafında mühüm xidmətlərinə dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif olunub.