Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar- Qanla yazılan tariximizdir

19.01.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "20 Yanvar qanla yazılan tariximizdir" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın direktor vəzifəsini əvəz edən Arzuyə Rufullayeva, Xidmət Şöbəsinin müdiri Xədicə Məmmədova, ictmai fəal gənc Allahverən Pərvizoğlu, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova çıxış edərək 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıblar.

Qeyd olunub ki, 34 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatdı. Bu Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra şairə Zəminə Məmmədova və məktəblilərin ifasında 20 yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Yekunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş film nümayiş olunub.