Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həzi Aslanovun ev-muzeyində ”Qanlı Yanvar” adlı tədbir keçirilib

19.01.2024

Yanvarın 19-da Həzi Aslanovun ev-muzeyində 20 Yanvar-Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Çıxışlarda faciə barədə geniş məlumat verilib, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi və dünya ictimaiyyətinə çatdırılmasından,  20 yanvar hadisələri zamanı  öz həyatını  böyük təhlükə altına ataraq, keçmiş SSRİ rəhbərliyinə qətiyyətli mövqe bildirməsindən  bəhs edilib.

Sonra Astara rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin qrup rəhbəri Xatunə Tağıyevanın rəhbərliyi ilə şagirdlərin ifasında şeirlər səsləndirilib, kompozisiyalar nümayiş olunub.