Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Qanlı Yanvar” mövzusunda tədbir keçirilib

19.01.2024

Yardımlı rayon Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan “Qanlı Yanvar" adlı tədbir keçirilib. 

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev və məədniyyət işçiləri iştirak edib.

İlk olaraq faciə qurbanlarının və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sonra Ayaz Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən A.Əliyev 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də əyilməzlik, məğrurluq nümayiş etdirdiyini vurğulayıb. 

Daha sonra Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Gündüz Manafov çıxəş edərək ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.