Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar-Qan Yaddaşımız

19.01.2024

Cəlilabad rayon Mərkəzi Kitabxanasında, kitabxananın, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və Dini Qrumlarla İş üzrə Dövlət Kömitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunmuş, "20 Yanvar-Qan Yaddaşımız" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Cəlilabad rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, Dini Qrumlarla Dövlət Kömitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Həsən Hümbətov və Cəlilabad rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Cəlilabad rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Salamat Nəcəfov açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və digər bölgələrdə törədilmiş vəhşiliklər haqqında danışıb

Sonra natiqlər Azərbaycan xalqının məğrurluğundan və şəhidlərin qəhramanlığından söhbət açıblar.