Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

20.01.2024

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, mədəniyyət müəssisələrinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə “Şəhidlər” abidə kompleksini ziyarət edib, abidənin önündə qərənfillər düzərək şəhidlərin xatirəsini hörmətlə yad ediblər.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.