Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüzn və qürur tariximiz

19.01.2024

Masallıda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib.


Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan anım tədbirində mədəniyyət işçiləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Əvvəlcə faciə qurbanlarının, dövlətimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin sədri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov bu qanlı və şanlı tariximizin müstəqillik və azadlığımız uğrunda mübarizənin, xalqımızın yenilməzlik rəmzi olduğunu diqqətə çatdırıb, bu qatı cinayətin dünya ictimaiyyətinə çatdırılması və ilk siyasi-hüquqi qiymətin verilməsində Ulu öndər Heydər Əliyev xidmətlərindən bəhs ediblər.

20 Yanvar hadisələrinin şahidi, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev tədbir iştirakçıları ilə ağrılı xatirələrini bölüşüb.

Çıxışlarda bildirilib ki, Vətənin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhid olan mərd oğul və qızlarımız yaddaşlardan silinməyəcək.

 
Sonda faciəni əks etdirən fotosərgi ilə tanışlıq olub.