Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

19.01.2024

20 yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Lerik rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti Qabil Quliyev çıxış edərək tədbir iştirakçılarına 20 yanvar faciəsi haqqında ətraflı məlumat verib.

Daha sonra Mədəniyyət Mərkəzinin dəvəti ilə tədbirdə iştirak edən Lənkəran Dövlat Dram Teatrının kollektivi Emil Əskərovun “Azadlıq Qatarı” adlı kopozisiyasını nümayiş etdiriblər.

Kompazisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib və alqışlanıb.