Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Qanlı tarix” adlı ədəbi-bədii gecə keçirilib

19.01.2024

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan ədəbi-bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra yanvar hadisələrini əks etdirən videoçarx nümayiş edilib.

Tədbirdə müəllim və şagirdlərin ifasında kompozisiyalar nümayiş olunub.