Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar-Ümumxalq Hüzn Günü

19.01.2024

Astara rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı məktəbin 6 c sinif şagirdləri  şagirdləri iştirak edib.

Tədbiri Astara rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin müdiri Yaqut Nəzərova açaraq bildirmişdir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar  faciəsindən 34 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız dinc sakini yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlara baxmayaraq qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi, əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü.

Sonra kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova mövzu ilə bağlı məruzə edib.

Yekunda şagirdlərin ifasında şeirlər səsləndirilib.