Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümumilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri

19.01.2024

Lerik Rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun  və Mərkəzin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34 -cü ildönümü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri" mövzusunda  tədbir keçirilib.


Tədbir Lerik rayonu üzrə gənclər və idman sektorunun, Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, Lerik Peşə Məktəbinin şagird və müəllim heyətinin və rayon gənclərinin  iştirakı ilə baş tutub. 


İlk öncə tədbir iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Daha sonra çıxış edənlər faciə barədə gənclərə geniş  məlumat verərək, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi və dünya ictimaiyyətinə çatdırılmasından,  20 yanvar hadisələri zamanı  öz həyatını  böyük təhlükə altına ataraq, keçmiş SSRİ rəhbərliyinə qətiyyətli mövqe bildirməsindən  bəhs ediblər.


Sonda tədbir iştirakçılarına  "20 Yanvar həqiqətləri" qısametrajlı filmi nümayiş  edilib.