Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni il, yeni arzu

27.12.2018

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə növbəti bayram tədbiri dekabrın 27-də keçirildi. Bu dəfə də uşaqlara maraqlı konsert proqramı təqdim edilirdi..
Silsilə konsertlərdə rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivlərinin rəngarəng çıxışları ilə bərabər “Viləş” uşaq bağçasının fidanları özlərinin hazırladıqları maraqlı səhnəçiklər və rəqslərlə tamaşaçılar tərəfindən sevinclə qarşılandı.