Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəfiqə Axundova-100

18.01.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova bildirib ki, Şərqdə opera yazan ilk qadın bəstəkar kimi milli musiqi sahəsində silinməz imza atmış Şəfiqə Axundova özünəməxsus yaradıcılığı ilə musiqimizə əlavə rəng qatmışdır. 

Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzəsində diqqətə çatdırıb ki, görkəmli bəstəkar gənc yaşında gözəl əsərlər yaratmaqla, öz sənətində peşəkarlığa iddialı olduğunu nümayiş etdirib. 1944-cü ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Azərbaycan SSR-nin himninin yaradılması üçün keçirilən müsabiqədə iştirak edib və adı çəkilən himni Dövlət Filarmoniyasında dövlət komissiyası qarşısında ilk dəfə o, ifa edib. “Sevgilim”, “Vətən məhəbbəti”, “Nə gözəldi kəndimiz” və s. mahnılar, orkestr üçün melodiyalar, vokal əsərlər yaradıb, həmçinin bir çox musiqili komediyaların musiqisini bəstələyib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında “Gəmi qayası” operasını yazmaqla bütün Şərqdə opera yazmış ilk qadın bəstəkar kimi tarixə düşüb. Ş. Axundovanın məhsuldar yaradıcılığına dövlət tərəfindən yüksək dəyər verilib, fəxri ad və ordenlərlə təltif olunub.