Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar - insanlıq əleyhinə cinayət

18.01.2024

Valeh İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyasında 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan tarix dərsi keçirilib.

Valeh İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın və mərkəzin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gimnaziyanın V sinif şagirdləri iştirak edib.

Tarix dərsində mərkəzin əməkdaşı Bahar Mürsəliyeva geniş məruzə ilə çıxış edərək, Sovet Ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 131 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edib.

Daha sonra hadisələrə ilk siyasi qiyməti öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Yekunda " 20 Yanvar hadisələri necə başladı ? " qısametrajlı film nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.