Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qan yaddaşımız əbədi yaşayacaq

18.01.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 20 Yanvar-Ümumxalq hüzn Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdləri iştirak edib.

Çıxışlarda 20 Yanvar faciəsi, ölkəmizin, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalması haqqında geniş məlumat verilib.

Yekunda şagirdlərin ifasında kompozisiya təqdim olunub.