Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsi tarixin Qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixidir

17.01.2024

 Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan tarix dərsi keçirilib.

M.Ə.Sabir adına şəhər 1 və C.Babayev adına 3 saylı tam orta məktəb şagirdlərinin iştirak etdiyi tarix dərsində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tarix dərsində “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı film nümayiş olunub.

Çıxışlarda 20 Yanvar şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırılıb və 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğu vurğulanıb.

Sonra qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələr və ibrət dərsləri haqqında müzakirələr aparılıb.

Yekunda şagirdlər Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasında saxlanılan kitablar və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.