Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsi xalqın qan yaddaşıdır

16.01.2024

Yanvarın 16-da Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan tarix dərsi keçirilib.

F. Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəb şagirdlərinin iştirak etdiyi tarix dərsində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tarix dərsində “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı film nümayiş olunub.

Mərkəzin bələdçisi Cəmalə Məmmədova məruzə edərək 20 Yanvar şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıb. O, 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu deyib.

Sonra qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələr və ibrət dərsləri haqqında müzakirələr aparılıb.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasında saxlanılan kitablar və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.