Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Yanvar səhəri” adlı tamaşa nümayiş olunub

17.01.2024

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan "Yanvar səhəri" adlı tamaşa nümayiş olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova çıxış edərək Azərbaycan xalqı üçün unudulmaz tarix olan 20 Yanvar hadisələri zamanı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xalqın ayağa qalxaraq mübarizə əzmindən, son illərdə qazanılmış qələbələrdən və fədakar oğulların qəhrəmanlıqlarından danışıb.

Daha sonra tamaşa nümayiş olunub.