Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azad Talışoğlu-100

17.01.2024

Masallı rayon Mərkəzi Kitabxanasında şair Azad Talışoğlunun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Azad Talışoğlu 1924-cü il yanvarın 21-də Masallı rayonunun Qodman kəndində dünyaya göz açıb.Böyük Vətən Müharibəsində iştirak edən Azad Talışoğlu sonralar sovet hüquq-mühafizə orqanlarında sıravi polis işçisindən polis polkovniki rütbəsinə qədər yüksəlib.

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Həbibə Hüseynova vurğulayıb ki, Azad Talışoğlu daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmasına baxmayaraq, ədəbi yaradıcılığa da zaman ayırıb. Şairin “Talış dağları”, “Çiçəkli diyar”, “Ana məhbbəti, “Vətən eşqi” və başqa kitabları xalqa, vətənə, anaya, həmçinin asayiş keşikçilərinə həsr olunmuşdur. Azad Talışoğlu yaradıclığının əsasını vətənpərvərlik, beynəlmiləlçilik və humanizm dolu şeirlər təşkli edirdi. Azad Talışoğlu Azərbaycan dili ilə yanaşı talış dilində də yazırdı.Bəstəkar Oqtay Kazımi Azad Talışoğlunun “Polis qardaşım” şeirinə mahnı bəstələyib.