Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaşıl dünya naminə həmrəylik ili-Prezident sərəncamının hədəfləri

16.01.2024

Masallı rayon Mərkəzi Kitabxanasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad eilib.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı sərəncam ekologiya sahəsinə qayğı, o cümlədən ekoloji problemlərin həlli istiqamətində hədəflərin müəyyən olunması baxımından böyük əhəmiyyətə malikdir.O,çıxışında qeyd edib ki,Azərbaycan qlobal ekoloji təşəbbüslərə qoşulan öndə olan  ölkələr sırasındadır.2024-cü ildə COP29 beynəlxalq konfransının  keçirilməsinə Azərbaycanın ev sahibliyinin təsdiq olunması ölkəmizin dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir.

Sonra kitabxananın digər əməkdaşı Ağahüseyn Hüseyni məruzəsində sərəncamın mahiyyəti və tələblərinə toxunub.O, vurğulayıb ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə ölkəmizdə ətraf mühtin qorunması istiqamətində indiyə qədər görülən işlər daha da intensiv xarakter alacaq. Azərbaycan üçün aktual məsələlər sırasında elektrik enerjisinə alternativ kimi günəş və külək enerjisi  mənbələrinin yaradılması,quraqlığın önlənməsi üçün suvarma sistemlərinin inkişafı, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi gündəmdə dayanır. Diqqətə çatdırılıb ki, ekologiyaya zərər vurmayan yaşıl iqtisadiyyat, yaşıl enerji, alternativ enerji anlayışları günümüzün trendinə çevrilib. Bu baxımdan sərəncamda görülməsi tələb olunan işlərin icrası cavabdeh qurumların üzərinə böyük məsuliyyət  qoyur.