Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada uşaqlar üçün “Nağıl saatı” keçirilib

12.01.2024

Astara rayon Heydər Əliyev Mərkəzində uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Sehr dolu nağıl dünyam” başlığı altında “Nağıl saatı” keçirilib.

Y. Nəsirov adına Sərək kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən “Nağıl saatı”nda uşaqlar üçün Xalq nağılları səsləndirilib.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.

Yekunda tədbir iştirakçıları 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan sərgiyə baxış keçiriblər.