Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi Mirxəyal Kərimzadənin doğum günü qeyd olunub

12.01.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhid Mirxəyal Kərimzadənin doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhidin təhsil aldığı Azər Məhərrəmov adına 7 saylı tam orta məktəbin kollektivi, şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri ediblər.

Əvvəlcə iştirakçılar mərkəzin foyesində şəhidin şəxsi əşyalarından və foto şəkillərindən ibarət sərgi ilə tanış olublar.

Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə etdiyimiz zəfərdə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd ediblər.

Daha sonra çıxış edən şəhidin atası Valeh Kərimov və anası Elnarə Kərimova dövlətin şəhid adlarının əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.