Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi Baloğlan Əhədlinin doğum günü qeyd olunub

10.01.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhid Baloğlan Əhədlinin doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri ediblər.

Əvvəlcə iştirakçılar mərkəzin foyesində şəhidin şəxsi əşyalarından və foto şəkillərindən ibarət sərgi ilə tanış olublar.

Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə etdiyimiz zəfərdə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd ediblər.

Tədbirdə şəhidin valideynləri və döyüş yoldaşları çıxış edərək şəhid Baloğlan Əhədli haqqında xatirələrini bölüşüblər.Sonra şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıq bildirilib.

Daha sonra şəhidin təhsil aldığı Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Yekunda şəhid Baloğlan Əhədlinin xatirəsinə həsr olunmuş film nümayiş olunub.