Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada uşaqlar üçün “Nağıl saatı” təşkil edilib

11.01.2024

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Sehr dolu nağıl dünyam” başlığı altında “Nağıl saatı” keçirilib.

C.Babayev adına 3 saylı məktəbdə keçirilən “Nağıl saatı”nda uşaqlar üçün “Döyüşçünün zirehli hərb geyimi”, “Mauqli” nağılları səsləndirilib.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər. Yekunda fəal şagirdlərə jurnallar hədiyyə edilib.