Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Afad Qurbanov-95

10.01.2024

Yanvarın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın görkəmli dilçi alimi, türkoloq, akademik Afad Qurbanovun anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika elmi məktəbinin banisi Afad Qurbanov 1929-ci ilin yanvar ayının 10-da Borçalı mahalının Qızıl Şəfəq kəndində anadan olub. Qeyd olunub ki, 1990-1994-cü illərdə Milli Məclisin üzvü kimi fəaliyyət göstərən Afad Qurbanov ölkəmizdə latın qrafikasına keçidi təmin edən əlifba islahatının əsas təşkilatçılarından olub. 

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində vurğulayıb ki, uzun illər dilçilik sahəsində yorulmadan tədqiqatlar aparan görkəmli alim təkcə Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırıb.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, akademik Afad Qurbanovun əsərləri Almaniya, Rusiya, İran,Türkiyə,Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb.Tanınmış dilçi alim dünyanın bir çox iri şəhərlərində dilçiliyə, xüsusilə türkologiya sahəsinə aid konfranslarda ölkəmizi layiqincə təmsil edib.Afad Qurbanov 2009-cu ilin sentyabrın 26-da vəfat edib.