Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

09.01.2024

Yanvarın 9-da Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir” mövzusunda fəal qadınlarla görüş keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan qadını öz zəkası,müdrikliyi,sədaqəti,qəhrəmanlığı,yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsiə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Görüş diskusiya şəklində davam edib və iştirakçılar qeyd ediblər ki, Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq,mədəni,dini,milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir.