Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi hissədə konsert proqramı təşkil edilib

30.12.2023

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Fövqəladə hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının və DSX-nin Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrində bayram tədbiri keçirilib.

Tədbrin rəsmi hissəsindən sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.