Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əfsanəvi Mixaylo

22.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyi ilə əlaqədar "Əfsanəvi Mixaylo " adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı Gülər Piriyeva bildirib ki, Azərbaycan xalqının zəngin qəhrəmanlıq salnaməsinə adını əbədi izlərlə həkk etmiş cəsur oğullarımızdan biri də Mehdi Hüseynzadə olmuşdur. O,çıxışında vurğulayb ki, Mixaylo ləqəbi ilə tanınan əfsanəvi qəhrəmanımız Yuqoslaviya Xalq Azadlıq ordusunun tərkibində faşist Almaniyasına qarşı rəşadətlə vuruşub.

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Həbibə Hüseynova diqqətə çatdırıb ki, Sovet partizan hərəkatında ən önəmli döyüşçülərdən sayılan Mehdi Hüseynzadə çoxsaylı kəşfiyyat əməliyyatları həyata keçirərək faşist işğalçılarını dəfələrlə vahiməyə salmışdır.Onun başçılıq etdiyi əməliyyatlar nəticəsində faşist ordusu minlərlə canlı qüvvə və hərbi texnikasını itirib, yüzlərlə hərbi əsir düşərgələrdən azad olunmuşdur. Çıxışda qeyd olunub ki, partizan hərəkatında uğurlarına görə Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Əfsanəvi kəşfiyyatçının döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” bədii filmi və “Mixaylo” adlı sənədli film çəkilib. Azadlığı uğrunda döyüşdüyü Sloveniyada qəhrəmanın şərəfinə abidə ucaldılıb.