Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır

25.12.2023

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır” adı tədbir keçirilib.

Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi və Masallı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri, Ombudsmannın Cənub Regional Mərkəzinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional İdarəsinin Masallı bölməsi üzrə nümayəndəliyinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı gənclər və idman sektorunun, əməkdaşları və mədəniyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ideyalarından və xalq qarşısında misilsiz xidmətlərindən söhbət açılıb.

Qeyd olunub ki, Ulu Öndər siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və düşünülmüş siyasət nəticəsində respublikamız inkişaf yolunda böyük məsafə qət edib və çoxsaylı nailiyyətlər əldə olunub.

Bədii hissədə mədəniyyət mərkəzinin solisti Atamoğlan Zahidov, OnbirilIik İncəsənət Məktəbinin müəllimləri Aysel Nərimanova və Rəşad Tağıyevin ifalarında mahnılar səsləndirilib. Böyük Xocavar, Xırmandalı və Güllütəpə kənd orta məktəb şagirdlərinin iştirakı ilə kompozisiya nümayiş olunub.

Tədbirin yekununda 2023-cü ildə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlərə daimi dəstək olan idarə və təşkilatların təmsilçilərinə “Təşəkkürnamə”lər təqdim edilib və xatirə şəkilləri çəkilib.