Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunan tədbir keçirilib

22.12.2023

Dekabrın 22-də Astara rayon Heydər Əliyev Mərkəzində Sovet İttifaqı Qəhrəmanı, görkəmli şərqşünas-alim və ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları akademikin “Qəhrəmanlar parkı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxışlarda mərhum akademikin zəngin və mənalı ömür yolundan, şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən geniş söhbət açılıb, onun istedadlı bir alim kimi, həm də respublikamızın hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazandığı vurğulanıb.

Yekunda tədbir iştirakçıları akademikin həyat və alimlik fəaliyyətini əks etdirən fotoşəkil, kitab və qəzetlərdən ibarət sərgi ilə tanış olublar.