Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ailə dəyərlərimizi qoruyaq

21.12.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun, mərkəzi kitabxananınbirgə təşkilatçılığı ilə tələbə-gənclərlə “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib.

Tədbirdə Cəlilabad rayon Gənclər və İdman sektorunun, mərkəzi kitabxananın əməkdaşları və Cəlilabad rayon Tibb Kollecinin tələbələri iştirak edib.

Çıxışlarda bildirilib ki, ailə həyatda var olan ən mühüm və ən böyük önəm kəsb edən insan qruplarından biridir. Ailə kiçik dövlətdir. İnsan övladı daha çox bu qrup içərisində formalaşır, cəmiyyətdə addım atır və sosiallaşır. Hər bir insan ailəyə dəyər, qiymət verməlidir.

Tədbir diskusiyalarla davam edib, yekunda gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.